"Everton"un baş məşqçisi Karlo Ançelotti koronavirus pandemiyasına görə elan edilmiş karantin günlərində zamanını necə keçirdiyi barədə danışıb.
Sportal.az xəbər verir ki, 60 yaşlı italiyalı mütəxəssis İngiltərədə velosipedlə tez-tez küçəyə çıxdığını deyib:
"Mənim dizlərimdə problem var. Velospied sürmək bunun əlacıdır. Koronavirusun yayıldığı vaxtda dizimlə maraqlana bilirəm. Ancaq futbolla məşğul olduğumuz vaxt dizlərimə çox vaxt ayıra bilmirdim. İndi zamanım olduğum üçün velosipedlə Liverpul küçələrində dolaşıram. Velosipedin səsini eşitməyi çox sevirəm. Yaxın məsafədəki Krosbiyə gedirəm və sosial məsafəni qoruyaraq, məni tanıyan insanlarla söhbət edirəm. İtaliyada isə bunu etmək mümkün deyil".
saytlarin hazirlanmasi