Van Nistelroy "Mançester Yunayted"ə qayıdır

20:09 - 24 İyun 2024

"Mançester Yunayted"in sabiq futbolçusu Ruud van Nistelroy kluba qayıdır.

Sportal.az xəbər verir ki, niderlandlı keçmiş hücumçu "qırmızı şeytanlar"da məşqçi kimi çalışacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

48 yaşlı mütəxəssis baş məşqçi Erik ten haqın köməkçisi kimi çalışacaq.

Qeyd edək ki, Ruud van Nistelroy 2001-2006-cı illərdə "Mançester Yunayted"də çıxış edib. O, 2022/2023 mövsümündə PSV-nin baş məşqçisi olub.

Xəbər xətti