Premyer Liqa nəhəngləri belçikalı futbolçu üçün mübarizə aparır

19:49 - 26 İyun 2024

PSV-nin futbolçusu Yohan Bakayoko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" belçikalı vingeri transfer etmək istəyir. Bu barədə Niderland mətbuatı məlumat yayıb.

Eyndhoven təmsilçisi 21 yaşlı ön xətt oyunçusu üçün 55-60 milyon avro tələb edir. Futbolçu ilə "Liverpul" və "Çelsi" də maraqlanır.

Qeyd edək ki, PSV Yohan Bakayokonu 2019-cu ildə "Anderlext"in akademiyasından transfer edib. Belçika millisinin üzvü ötən mövsüm "ağ-qırmızılar"ın heyətində meydana çıxdığı 49 rəsmi matçda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti