"Milan" Lukaku üçün danışıqlara başladı

17:09 - 26 İyun 2024

"Çelsi"nin hücumçusu Romelu Lukaku yenidən İtaliya A Seriyasında çıxış edə bilər.

Sportal.az xəbər verir ki, "Milan" belçikalı forvardı transfer etmək istəyir. Bu barədə italyan jurnalist Canluka Di Martsio məlumat yayıb.

"Milan" 31 yaşlı futbolçu üçün artıq İngiltərə klubu ilə ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, Romelu Lukaku 2023/2024 mövsümünü icarə əsasında "Roma"da keçirib. 31 yaşlı hücumçu İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti