İtaliya klubunun yeni baş məşqçisi məlum oldu

21:38 - 26 İyun 2024

İtaliyanın "Venesiya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, A Seriyasına yüksələn komandan Eusebio Di Françesko çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Eusebio Di Françesko "Venesiya"nın baş məşqçisi postunda Paolo Vanolini əvəzləyib.

Xəbər xətti