"Sabah"ın loqosu yeniləndi - FOTO

17:53 - 26 İyun 2024

“Sabah" klubunun loqosu yenilənib.

Sportal.az xəbər verir ki, yeni loqoda top elementi klubun simvolu olan bayquşla əvəz olunub. Əvvəlki loqoda istifadə olunmuş kənar xətlərin sayı azaldılaraq, loqo maksimum sadələşdirilib. Bundan sonra “Sabah” adı altında fəaliyyət göstərən bütün klublar vahid loqo ilə təmsil olunacaq. 

Qeyd edək ki, loqoda yer alan bayquş müdriklik və intellekti simvolizə edir. Günəş - yeni gün, yeni ümidlər və gələcəyin nişanıdır. Qalxan - cəsarət, inam və məğlubedilməzlik simvoludur. Çəhrayı rəng isə Masazır gölünün rəngini özündə əks etdirir.


Xəbər xətti