Millimizin üzvü qol vurdu, komandası qələbə qazandı

18:41 - 26 İyun 2024

Azərbaycanın U-21 millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın "Arda" klubu yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, Kırcalı təmsilçisi "Yantra" ilə üz-üzə gəlib. Matç "Arda"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal da bu görüşün iştirakçısı olub. 21 yaşlı mərkəz müdafiəçisi bu oyunda bir qol vurub.

Xəbər xətti