"Roma" italyan hücumçunu bu kluba satdı

18:14 - 26 İyun 2024

"Roma"nın futbolçusu Andrea Belotti klubunu dəyişib.

Sportal.az xəbər verir ki, italyan hücumçu A Seriyasına yüksələn "Komo"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Komo" bu transfer üçün "Roma"ya 4,5 milyon avro ödəyib. 30 yaşlı forvard yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Andrea Belotti ötən mövsümün ikinci yarısında icarə əsasında "Fiorentina"da çıxış edib.

Xəbər xətti