"Sabah" almaniyalı ilə müqavilə imzaladı

11:58 - 25 İyun 2024

“Sabah” sabiq futbolçusunu geri qaytarıb.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi Coy-Lens Mikelsə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti videoçarx hazırlayıb. Almaniyalı ilə 1+1 illik müqavilə imzalanıb.

Mikels 2021-2023-cü illərdə "Sabah"da oynayıb. O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysali” klubuna keçmişdi.

Yarımmüdafiəçi "Sabah"a azad agent kimi qoşulub.

Xəbər xətti