Portuqaliyalı sərfəli təklif aldı, Azərbaycan klubunu tərk etdi

14:18 - 25 İyun 2024

Ötən mövsüm "Kəpəz"in aparıcı üzvünə çevrilmiş İqor Rodriqes Gəncə klubunda qalmayıb.

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqa təmsilçisi portuqaliyalıya yeni müqavilə təklif edib.

Lakin portuqaliyalı başqa klubdan daha cəlbedici təklif aldığı üçün "Kəpəz"in yeni müqavilə təklifi ilə razılaşmayıb.

Belədə, bölgə klubu legioner qolkiperi axtarışına çıxıb.

29 yaşlı qapıçı "Kəpəz"ə qədər "Toxa", "Benfika", "Sportinq Kovilya", "Eştoril", "Şaveş", "Feyrense" klublarının qapısını qorumuşdu.

Xəbər xətti