Qısa müddətdə parlayan bu gənci "Qarabağ" heyətinə qatdı

22:28 - 25 İyun 2024

"Qarabağ" yay fasiləsində növbəti transferini edib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi mərkəz müdafiəçisi İbrahim Ramazanovla güclənib.

19 yaşlı gənc futbolçu "Qəbələ"nin yetirməsidir.

O, arxada qoyduğumuz mövsüm əsas komandada debüt edib.

2023/24 mövsümünün son 4 matçında meydanda olan İbrahim Qurban Qurbanovun diqqətini üzərinə çəkə bilib.

İbrahim Ramazanov həm də gənclər millimizin üzvüdür.

Xəbər xətti