U-21 yığmamızın sabiq üzvü "Qəbələ"də

13:14 - 26 İyun 2024

2024-2025-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib.

O, bunadək “Şamaxı-2” (2017-18), “Neftçi-2” (2020), “Kəpəz” (2021-22) komandalarında çıxış edib. Müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.

Xəbər xətti