"Neftçi"nin legioneri: "Sumqayıt"la görüşlərdə növbəti mərhələyə vəsiqə qazanan "Fehervar" olacaq"

11:36 - 4 İyul 2024

“Sumqayıt”ı tanımaq lazımdır, “Fehervar”ı tamamilə yeni stadionda qəbul edəcəklər. Ötən mövsüm orada oynadıq. “Sumqayıt” əks-hücumlara böyük fikir verən və bu işdə uğurlu olan komandalardandır. Ancaq bildiyimə görə, onların bir çox hücumçuları son bir neçə həftədə komandanı tərk edib və onların yerinə kimin dəvət olunacağı hələ ki, məlum deyil”.

Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin macarıstanlı müdafiəçisi Mark Tamaş “Fehervar”ın mətbuat xidmətinə açıqlamasında deyib.

“Ağ-qaralar”ın legioneri Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sumqayıt” – “Fehervar” görüşündən gözləntilərini bildirib:

“Fehervar” üçün böyük çətinlik yaradacaq olan məsələ yerli iqlimdir. Bunun öhdəsindən gəlmək həqiqətən çətin olacaq. Amma istənilən halda, düşünürəm ki, növbəti mərhələyə vəsiqə qazanan “Fehervar” olacaq. Azərbaycandakı matç iqlimə görə daha çətin ola bilər. Lakin evdəki cavab oyununa qədər radikal bir şey olmasa, “Fehervar” komandalar arasında keyfiyyət fərqini daha çox göstərəcək”.

"Sumqayıt"ın "Fehervar"la ilk oyunu iyulun 25-də Azərbaycanda, cavab görüşü isə iyulun 31-də Macarıstanda keçiriləcək. 

Xəbər xətti