“Səbail” PFK Gülağa Əsədovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bayıl təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Gülağa Əsədov mövsümün əvvəlində "Səbail"ə keçmişdi. Azərbaycan U-19 millisinin üzvü "dənizçilər"in heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi