"İnter"dən Federiko Dimarko qərarı

14:12 - 28 Aprel 2026

"İnter" Federiko Dİmarkonu uzun illər komandada saxlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyasının lideri italiyalı müdafiəçiyə yeni müqavilə təklif edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub Dimarkonun 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsinin müddətini daha 3 il uzatmağı planlaşdırır. Yeni müqavilədə 28 yaşlı sol cinah müdafiəçisinin maaşının artırılması nəzərdə tutulub.

Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. İtaliya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 7 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti