Millinin baş məşqçisi Messiyə səs vermədiyini sübut etdi - FOTOLAR

16:04 - 26 Sentyabr 2019

Sudan millisinin baş məşqçisi Zdravko Loqaruşiç FIFA-nın "The Best" mükafatını qazanan Lionel Messiyə səs verməyini açıqlayıb.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis Məhəmməd Salah, Sadio Mane və Virdcil van Daykə səs verdiyini deyib. Lakin FIFA-nın açıqladığı sorğunun nəticələrində isə Sudan millisinin məşqçisinin səsi Lionel Messi, Virdcil van Dayk və Sadio Maneyə verilib.

 

Daha öncə Nikaraqua millisinin kapitanı Xuan Barrera səsvermədə iştirak etmədiyini, ancaq FIFA-nın onun səslərini Messiyə verdiyini deyib.

 

FIFA məsələyə münasibət bildirməyib.

 

Xəbər xətti