"Qızıl top" uğrunda 23 futbolçu mübarizə aparacaq

Siyahı artıq məlumdur

 

2013-2014 sezonunun ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatında mübarizə aparacaq 23 futbolçunun adları artıq məlumdur.

 

Sportal.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, daha çox Avropanın aparıcı klublarından sayılan "Bavariya", "Real" və "Barselona"nın futbolçularının yer aldığı siyahı aşağıdakı kimidir:

 

Mario Qötze (Almaniya, "Bavariya"), Filipp Lam (Almaniya, "Bavariya"), Tomas Müller (Almaniya, "Bavariya"), Manuel Noyer (Almaniya, "Bavariya"), Aryen Robben (Hollandiya, "Bavariya"), Bastian Şvaynştayger (Almaniya, "Bavariya"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Kriştianu Ronaldo (Portuqaliya, "Real"), Toni Kroos (Almaniya, "Real"), Serxio Ramos (İspaniya, "Real"), Xames Rodriges (Kolumbiya, "Real"), Dieqo Kosta (İspaniya, "Çelsi"), Tibo Kurtua (Belçika, "Çelsi"), Eden Hazard (Belçika, "Çelsi"), Anxel di Mariya (İspaniya, "Mançester Yunayted"), Zlatan İbrahimoviç (İsveç, PSJ), Yaya Ture (Fil Dişi Sahili, "Mancester Siti"), Pol Poqba (Fransa, "Yuventus"), Lionel Messi (Argentina, "Barselona"), Neymar (Braziliya, "Barselona"), Xavyer Maskerano (Argentina, "Barselona"), Andres İnyesta (İspaniya, "Barselona").

Tarix: 28 Oktyabr [11:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio