"Yuventus" müdafiəçisi Merih Dəmiralı yenidən Çempionlar Liqasının oyunları üçün iştirak ərizəsinə daxil edib.
Sportal.az xəbər verir ki, yanvar ayında "Roma" ilə matçda ağır zədələnən türkiyəli futbolçu A Seriyasının 38-ci turunda "Roma" ilə matçda yaşıl meydanala qayıdıb.
Baş məşqçi Mauriso Sarrinin istəyi ilə müdafiəçi yenidən ÇL-in iştirak ərizəsinə daxil edilib.
"Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Lion"u qəbul edəcək. İlk oyunda Fransa klubu 1:0 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi