"Milan" Hakanı razı saldı

09:56 - 5 Avqust 2020

"Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqaviləsini uzatmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" türkiyəli futbolçu ilə 4 illik razılığa gəlib. 26 yaşlı oyunçunun maaşı artırılmayacaq və o, illik 2,5 milyon avro məvacib alacaq. Lakin ötən sözləşmə ilə müqayisədə türkiyəli futbolçu qazanılan qələbələrdə daha çox bonus əldə edəcək.

 

Hakanın müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatırdı. O, bu mövsüm 36 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər xətti