"Təqvim sıx, oyunçular yorğundur, belə olmaz"

13:20 - 20 Sentyabr 2021

"Lion"un baş məşqçisi Peter Boş Fransa I Liqasının 6-cı turunda səfərdə PSJ-yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 57 yaşlı niderlandlı mütəxəssis sıx təqvimdən şikayətlənib:

 

"Cümə axşamı matç keçirdik, indi isə bazar günüdür və yenə oynayırıq. Təqvim çox sıxdır, oyunçular isə yorğun, belə olmaz. Matçlar arasında heç olmasa 3 gün fasilə olmalıdır. 2 gün ara ilə oynamaq mümkün deyil. Futbolçularım bu gedişlə zədələnəcək və bundan çox qorxuram. Bunu açıq şəkildə deməliyəm".

Xəbər xətti