Türkiyə millisində itki: Avro-2024 heyətindən kənarlaşdırıldı

18:52 - 24 İyun 2024

Avro-2024-də iştirak edən Türkiyə milli komandasının heyətində itki baş verib.

Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın qapıçısı Doğan Alemdar sıradan çıxıb. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Renn"in qapıçısının diz çarpaz bağları qopub. 21 yaşlı qolkiper Türkiyə millisinin heyətindən kənarlaşdırılıb. Onun 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə yığması Avro-2024-də növbəti oyununu Çexiyaya qarşı keçirəcək. Matç 26 iyun tarixində baş tutacaq.

Xəbər xətti