Kurban Berdıyevin qarşısına hansı hədəf qoyulub? 

13:33 - 26 İyun 2024

“Dinamo”dan(Maxaçqal) ayrılaraq Azərbaycana gələn Kurban Berdiyev artıq “Turan-Tovuz”la rəsmi müqavilə imzalayıb.

Sportal.az saytına verilən məlumata görə, Tovuz klubunun rəhbərliyi Kurban Berdıyevlə görüşündə onun qarşısına konkret hədəf qoyub. 

Belə ki, rəhbərlik 71 yaşlı məşqçinin 2024/2025 mövsümündə komandanı Konfrans Liqasına çıxarmasını istəyib. 

Əlavə edək ki, Berdıyevlə 2+1 illik müqavilə bağlanılıb. Təcrübəli mütəxəssis "Rubin", "Kayrat”, “Taraz”, “Gənclərbirliyi”, “Nisa”, "Traktor”, “Rostov”, “Soçi”,  klublarında işləyib. 

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub.

Xəbər xətti