Çexiya millisinin hücumçusu Türkiyəyə qarşı oynamayacaq

20:47 - 24 İyun 2024

Çexiya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, hücumçu Patrik Şik sıradan çıxıb. Bu barədə Çexiya mətbuatı məlumat yayıb.

"Bayer"in forvardı bud əzələsindən zədə alıb. Onun Türkiyə ilə matçda iştirak etməyəcəyi bildirilir.

Qeyd edək ki, Çexiya - Türkiyə qarşılaşması 26 iyun tarixində baş tutacaq.

Xəbər xətti