"Fənərbaxça" Mourinyonun rəhbərliyi altında ilk məşqə çıxdı - FOTOLAR

23:32 - 24 İyun 2024

Türkiyənin "Fənərbaxça" klubu 2023/2024 mövsümünün hazırlıqlarına start verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu gün "Topuk Yaylası" təlim-məşq bazasında məşqlərə başlayıb. Komanda Joze Mourinyonun rəhbərliyi altında ilk məşqini həyata keçirib. Hazırlıq prosesi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, "Fənərbaxça" Joze Mourinyo ilə 2 illik müqavilə imzalayıb.


Xəbər xətti