"Rubin"i çalışdırmış məşqçi: "Kurban Berdıyev işləməyə hazır olan səhra komandiri kimidir"

10:18 - 25 İyun 2024

Rusiyanın "Rubin" və "Ximki" klubunun sabiq baş məşqçisi Rinat Bilyaletdinov Kurban Berdıyevin "Turan-Tovuz"a baş məşqçi təyin olunmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, "БИЗНЕС Online" portalına danışan təcrübəli mütəxəssis Berdıyev haqda bunları deyib:

"Azərbaycana yollanmaq Kurban Berdıyev üçün yeni çağırışdır. Mən ona yalnız dəstək sözləri deyə bilərəm və uğurlar arzulayıram. Sakit şəkildə öyrədə, məsləhətləşə bildikdə özünü formada saxlayır. O, ruhən işləməyə hazır olan səhra komandiri kimidir. Bu baxımdan Kurban Berdıyev Yuri Semin, Boris İqnatyev, Hacı Hacıyevə bənzəyir. İşdə onların yaşını hiss etməyəndə onlar o cür sərtləşirlər".

Xəbər xətti