Ukrayna klubunun futbolçusu: "Azərbaycan millisində oynamaq mənim üçün böyük şərəfdir"

15:18 - 25 İyun 2024

Azərbaycan milli komandasının müdafiəsi Emil Mustafayev Sportal.az saytına açıqlama verib.

Ukraynanın "Polesye" klubunda oynayan yarımmüdafiəçi milli komandamızın gələcəkdə böyük turnirlərdə oynayacağına inandığını bildirib:  

"Məncə, biz də belə böyük turnirlərdə iştirak edə bilərik. İnanıram ki, Azərbaycan millisi buna layiqdir və ümid edirəm ki, tezliklə hər şey bizim xeyrimizə olacaq. Çünki çox yaxşı komandamız var".

O, yığma komandaya yeni baş məşqçisi təyin olunan Fernandu Santuş haqda isə bunları deyib:

"Fernando Santos tarixi olan mütəxəssisdir. Ümid edirəm ki, biz də millimizlə yeni tarix yazacağıq. Santuşun etimadını qazanmaq məsələsinə gəlincə, hər şey məndən,  klub səviyyəsində özümü necə göstərməyimdən asılıdır. Mən də komanda üçün əlimdən gələni etməyə çalışıram. Azərbaycan millisində oynamaq mənim üçün böyük şərəfdir. Burada olmaqdan çox şadam".

Xəbər xətti