"Mançester Yunayted" PSJ-nin yarımmüdafiəçisi ilə maraqlanır

19:25 - 25 İyun 2024

"Mançester Yunayted" yarımmüdafiəçi xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSJ-də çıxış edən Manuel Uqarteni transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Qırmızı şeytanlar" Uruqvay millisinin üzvünü satınalma şərti ilə icarəyə götürməyə çalışır. Fransa klubu bu təklifə isti yanaşır.

Qeyd edək ki, PSJ Manuel Uqarteni 2023-cü ilin yayında "Sportinq"dən transfer edib. 23 yaşlı dayaq yarımmüdafiəçisi Paris təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulur.

Xəbər xətti