"Roma"dan De Rossi ilə bağlı qərar

21:55 - 25 İyun 2024

İtaliyanın "Roma" klubu baş məşqçi Daniele De Rossi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi italyan mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı məşqçi 2027-ci ilin yayına kimi paytaxt klubunu çalışdıracaq.

Qeyd edək ki, Daniele De Rossi bu ilin yanvar ayında "Roma"nın baş məşqçisi təyin olunub.

Xəbər xətti