"Sumqayıt" Türkiyəyə gedəcək

22:57 - 25 İyun 2024

“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirəcək. “Çam Hotel”də məskunlaşacaq komanda bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.

Rəqiblərin kimliyi və oyunların tarixi haqqında klubun rəsmi media hesablarında məlumat veriləcək.

Xəbər xətti