"Fənərbaxça"nın müdafiəçisi Dieqo Karlos İtaliyada oynayacaq.

Sportal.az "Tuttosport"a istinadən xəbər xəbər verir ki, braziliyalı futbolçu "Komo" ilə anlaşıb.

Tərəflər arasında müqaviləsi imzalanacaq. "Komo" Karlosun transfer hüquqlarını da alacaq.

Dieqo 2025-ci ildən “Fənərbaxça"ya məxsusdur. O, ötən mövsüm icarədə olduğu “Komo”da 25 matça çıxıb.

33 yaşlı futbolçunun "Fənərbaxça" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, "Eştoril", "Nant", "Sevilya", "Aston Villa" klublarında oynayıb.