Koronavirus pandemiyasına görə maliyyə problemi yaşayan "Arsenal" önəmli qərar qəbul edib.
Sportal.az "Daily Mirror"a istinadla xəbər verir ki, London təmsilçisi bəzi skautlarının işinə son qoyub. Fərqli qitələrdə "topçular" üçün gənc oyunçu axtaran bir çox skaut işini itirib.
Paytaxt təmsilçisi İngiltərədə də çalışan bəzi skautları ilə yollarını ayırıb.
Daha öncə komandanın baş məşqçisi Mikel Arteta və bir çox oyunçu klubun təklif etdiyi maaş endirimini qəbul etmişdi.
saytlarin hazirlanmasi