"Mançester Siti"in yarımmüdafiəçisi Rahim Sterlinq ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) polisin boğaraq öldürdüyü afroamerikalı Corc Floydun ölümünə görə üzüntüsünü paylaşıb.
Sportal.az xəbər verir ki, İngiltərə millisinin üzvü irqçiliyi xəstəlik hesab etdiyini bildirib:
"Bunun axmaq fikir kimi səslənəcəyini anlayıram, amma hazırda yeganə mübarizə apardığımız xəstəlik irqçilikdir. Bu, hazırda ən vacib şeydir, çünki uzun illərdir davam edir. Pandemiya kimi, bunun da qarşısını almaq üçün yol tapmalıyıq.
Etirazçılar gördükləri ədalətsizliyi dayandırmaq üçün bir yol axtarırlar. Əgər etirazları sakit, kiməsə ziyan vurmadan və mağazaları dağıtmadan davam etsələr, üsyan xeyli çəkəcək. İnsanlar da ayrıseçkilikdən yorulub. Həqiqətən də dəyişiklik etməliyik. Bu mübarizəni davam etdirməli və insanların bərabərhüquqlu olmasına çalışmalıyıq".
saytlarin hazirlanmasi