İspaniya millisinin sabiq forvardı "Sabah"ın U-10 komandasını ziyarət etdi - FOTO

21:45 - 23 İyun 2024

İspaniyanın paytaxtı Madriddə keçirilən "MadCup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-10 komandası turnir çərçivəsində ilk oyunlarını keçirib. 

Sportal.az xəbər verir ki, "Sabah" ilk matçında yerli "CDE DR Academy Sport" klubuna böyük hesabla qalib gəlib - 8:0. Matçda təmsilçimizin qollarına Amin Adıgözəlov, Ayxan Hüseynli, Cavidan Ağayev (2), David Zeynalov, Mehbalı Qəhrəmanlı, Əbəlfəzabbas Qasımlı və Yusif Baxşıyev imza atıblar.

"Sabah" növbəti oyunlarında ABŞ-nin "Doral" (0:2) və İspaniyanın "CF Pozuelo De Alarcon" (2:7) komandalarına məğlub olub. Son matçda təmsilçimizin qollarını Nihad Həsənov və David Zeynalov vurublar. 

U-10 komandasının üzvləri və məşqçilər heyəti turnirin açılış mərasimində iştirak edəcək dünya futbolunun ulduzlarından David Vilyayla görüşüb. 

Xəbər xətti