Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçına çıxıb.
Sportal.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Belarusla qarşılaşıb. Görüşdən millimiz 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, yığma komandamız daha öncə keçirdiyi yoldaşlıq görüşündə Haiti millisinə 0:3 hesabı ilə məğlub olub.
Yoldaşlıq oyunu
25 mart
21:45. Azərbaycan - Belarus 0:2
Qollar: P.Zabelin,59, N.Demçenko,78
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan).
“Bank Respublika Arena”
saytlarin hazirlanmasi