"Turan Tovuz"un müdafiəçisi Uruqvaya qarşı 90 dəqiqə oynadı

17:35 - 24 İyun 2024

Amerika Kubokunda ilk turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, "Turan Tovuz"un müdafiəçisi Roderik Millerin formasını geyindiyi Panama milli komandası Uruqvay seçməsi ilə qarşılaşıb. Matç ikincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Roderik Miller də görüşün iştirakçısı olub. 32 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Panama yığmasının qrupda digər rəqibləri ABŞ və Boliviya milli komandalarıdır.

Xəbər xətti